Sumqayıtda dostlar arasında dava - ölən var

Sumqayıtda dostlar arasında dava - ölən var Sumqayıtda qətl hadisəsi baş verib.

Xalqxeber.az xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.
Belə ki, iki dost arasında düşən mübahisə zamanı 1965-ci il təvəllüdlü İsrail Güliyev bıçaqlanıb. O, aldığı bıçaq xəsarətlərindən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt