"Bolmart"da kütləvi ZƏHƏRLƏNMƏ

TƏBİB-dən verilən məlumata görə, zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün artıq evə buraxılmışlar.