Piyadanı vurub öldürən sürücü hadisə yerində ürəktutmadan vəfat etdi - Video

Piyadanı vurub öldürən sürücü hadisə yerində ürəktutmadan vəfat etdi - Video Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Xalqxeber.az APA-ya istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1989-cu il təvəllüdlü Ağayev Zaur Mehdi oğlunu “Toyota” markalı avtomobil vuraraq öldürüb.
Huşunu itirən sürücü daha sonra avtomobillə marketin yanındakı bankomata çırpılıb. Hadisə şahidlərin köməyinə baxmayaraq, sürücü ürəktutmasından hadisə yerində keçinib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.





Geri qayıt