Kürdəmirdə ağır qəza - xəsarət alanlar var (FOTO)

Kürdəmirdə ağır qəza - xəsarət alanlar var (FOTO)  
Kürdəmir rayonunda  xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, qəza Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki,  "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və iki sərnişin ağır xəsarət alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə ağır qəza - xəsarət alanlar var (FOTO)
Geri qayıt