Bakıda mağazada Türkiyə vətəndaşları arasında DAVA
Bakıda Türkiyə vətəndaşları arasında dava-dalaş olub. Polisə müraciət edən 1978-ci il təvəllüdlü Akın Veysel Sefai bildirib ki, Həsən Əliyev küçəsində yerləşən aksesuar mağazasında həmyerlisi Fatih Çakırın hücumuna məruz qalıb. Həmin şəxs 39 yaşlı V.Akına müxtəlif dərəcəli xəsarətlər yetirib.Faktla bağlı araşdırma aparılır.
