Bakıda “BMW”nin altında qalan məktəbli qız öldü

Bakıda “BMW”nin altında qalan məktəbli qız öldü Bakıda yol qəzası zamanı ağır xəsarət alan 11 yaşlı qız vəfat edib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, mayın 25-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Elvin Gözəlov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini 11 yaşlı Nəzrin Hüseynovanı vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı mayın 30-da orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.
Geri qayıt