Bakıda 9 yaşlı uşağı avtomobil vurub

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Babayeva Nuray Zamiq qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.