Avropa çempionu özünü 10-cu mərtəbədən atdı – Hadisə yerindən FOTO

Avropa çempionu özünü 10-cu mərtəbədən atdı – Hadisə yerindən FOTO Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Hadisə 8-ci mikrarayonda Əcəmi Naxçıvani küçəsində yerləşən yeni tikililərin birində qeydə alınıb.

Hadisə şahidlərinin əməkdaşımıza verdiyi məlumata görə,1997-ci il təvəllüdlü İftixar Taleh oğlu Məhərrəmov anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Yaxınlarının dediklərəinə görə, İ. Məhərrəmov king-boksing üzrə Dünya və Avropa çempionudur.

unikal.org
Geri qayıt