Bakıda film kimi hadisə - Meyiti maşınla gətirib...

Bakıda film kimi hadisə - Meyiti maşınla gətirib... Mayın 26-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Hümbət Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

DİN-in saytına istinadən xəbər veririk ki, aparılan araşdırmalar zamanı onun paytaxt sakini Ceyhun Süleymanovun evində digər iki tanışı ilə birgə yüksək dozada heroin qəbul edərək ölməsi, bundan sonra C.Süleymanovun həmin şəxslərlə birgə cəsədi “Mercedes” markalı avtomobilində Şağan qəsəbəsi ərazisinə gətirib atmaları müəyyən edilib.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Süleymanov tutulub. Digər şəxslərin tutulması üçün tədbirlər görülür.
Geri qayıt