Binəqədidəki yanğında 2 qardaş ölüb - Video

Binəqədidəki yanğında 2 qardaş ölüb - Video Binəqədi rayonunda yerləşən beşmərtəbəli binaların birində yanğın hadisəsi baş verib.

Hadisə Ziya Bünyadov prospekti, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən binada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub:

“Yanğın binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində başlayıb. Aşağı mərtəbələrin sakinləri özləri binanı tərk ediblər, yuxarı mərtəbələrdə yaşayanlar isə FHN əməkdaşları tərəfindən təxliyyə olunub. Xəsarət alanlar haqda hələ ki, məlumat yoxdur. Ətrafdakı tikililər yanğından mühafizə olunub”.

***

Məlumata görə, yanğında iki qardaş ölüb. Onların kimliyi dəqiqləşdirlir.

Geri qayıt