Yeni ilin ilk günü vurulan piyada xəstəxanada öldü

Yeni ilin ilk günü vurulan piyada xəstəxanada öldü Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulub.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 1-də saat 19 radələrində Bakı şəhər sakini İ.Nəcəfquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada yanvarın 2-də ölüb.

Xəzər RPİ-də araşdırma aparılır.
Geri qayıt