Azərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var

"Unikal"ın əldə etdiyi məlumatına görə, partlayış nəticəsində ev tamamilə yararsız hala düşüb. Həmçinin partlayışın təsiri nəticəsində ona bitişik binaya da zərər dəyib.
Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər - 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc Qənbərova, eyni zamanda qonşu binada yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.