Gənc ana və 3 azyaşlı övladı dəm qazından zəhərləndi

Gənc ana və 3 azyaşlı övladı dəm qazından zəhərləndi Lənkəranda 4 nəfər dəm qazından zəhərlənib.
Tütəpeşdə kəndində 1984-cü il təvəllüdlü Leyla Xanbala qızı Mehtizadə ,onun övladları - 2003-cü il təvəllüdlü Nərmin, 2004-cü il təvəllüdlü Nigar və 2008-ci il təvəllüdlü Elmar Abbaszadə zəhərlənmə əlamətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan üçünün vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Geri qayıt