31 yaşlı kişi itkin düşüb

31 yaşlı kişi itkin düşüb Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Babayev Nail Tacik oğlu bu ilin mart ayında qonaq gəldiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb və daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxsin əlamətləri-boyu 164 sm, arıq bədən quruluşludur.  Evdən çıxan zaman əynində tünd göy rəngli gödəkçə,  qara köynək, şalvar və ayaqqabı olub. 
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)-255-23-52 şəhər və 050-224-64-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. 


Geri qayıt