Baş Prokurorluq "Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama yaydı

Baş Prokurorluq "Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama yaydı Baş Prokurorluq "Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb.
 
Baş Prokurorluqdan verilən məlumata görə, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.
 
Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: "Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək".
Geri qayıt