Bakıda DƏHŞƏT: 5 yaşlı qız zorakılığa məruz qalıb - Atası tərəfindən

Bakıda DƏHŞƏT: 5 yaşlı qız zorakılığa məruz qalıb - Atası tərəfindən Bakıda polis əməkdaşları valideynləri tərəfindən zorakılığa məruz qalmış 5 yaşlı uşaq tapıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib. Onun sözlərinə görə, 5 yaşlı Yağmur birliyə polis əməkdaşları tərəfindən gətirilib:

“İlkin baxış zamanı uşağın zorakılığa məruz qaldığı aşkarlandı. Uşağın dediyinə görə, onu bu hala atası salıb. Təxminən 5 yaşı var. Bəlkə kimsə Yağmuru tanıyır?”

Kamalə Ağazadə qeyd edib ki, Yağmurun üstündəki paltarlar polis əməkdaşları alıb: “Çılpaq imiş...”
Geri qayıt