Diaqnostik qiymətləndirmədə iştirak edən müəllim dünyasını dəyişib - Qaxda

Diaqnostik qiymətləndirmədə iştirak edən müəllim dünyasını dəyişib - Qaxda Qax rayonunda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsində iştirak edən müəllim dünyasını dəyişib.
Belə ki, Qax Olimpiya İdman Kompleksində Təhsil Nazirliyi tərəfindən keçirilən ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. 12 mindən çox müəllimin iştirak etdiyi qiymətləndirməyə gələn Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın halı pisləşib. Onu dərhal "Təcili Tibbi yardım" maşını ilə Qax rayon mərkəzi xəstənasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva təqribən bir saatdan sonra dünyasını dəyişib.
Faktla baglı araşdırma aparılır.
Geri qayıt