Bakıda xadimə evdən 48 min oğurladı

Bakıda xadimə evdən 48 min oğurladı Bakıda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisindəki evlərin birindən 23 000 manat və 15 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Quliyeva saxlanılıb.
Geri qayıt