Sumqayıtda güclü partlayış, xəsarət alan var

Sumqayıtda güclü partlayış, xəsarət alan var Sumqayıt şəhərində güclü partlayış olub.
Hadisə şəhərin 22-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Mənzillərdən birinin hamam otağında qeydə alınan  hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.
Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı Yanıq Mərkəzinə göndərilib.
Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.
Geri qayıt