"AAAF Park”da OĞURLUQ

"AAAF Park”da OĞURLUQ "AAAF Park” yaşayış kompleksindəki binalardan oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də “AAAF Park” yaşayış kompleksindəki binalardan 1 000 manat dəyərində naqil və təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri M.Salamov və S.Bağırlı saxlanılıblar.
Geri qayıt