Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü - VİDEO

Bu barədə "Elgizlə izlə" verilişinə müraciət edən Zəminə adlı qadın bildirib.
Onun sözlərinə görə, doğma qızı boşanmaq istədiyi üçün keçən ilin sentyabr ayının 3-də həyat yoldaşı tərəfindən qətlə yetirilib:
"16 yaşında gəlin köçürmüşəm. 3 balası var idi. Qızı boşanmaq istədiyi üçün öldürdü. Qısqanclıq zəminində öldürməyib. Həyat yoldaşı isə hazırda həbsdədir".