Polis iki rayonda əməliyyat keçirdi - Saxlanılanlar var

Polis iki rayonda əməliyyat keçirdi - Saxlanılanlar var Kürdəmir və Şirvan rayon sakinlərində narkotik vasitələr aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şıxımlı kənd sakini M.Seyidovun yaşadığı evə baxış zamanı 1 kiloqram 262,59 qram marixuana aşkarlanıb götürülüb.
Eyni zamanda Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini Ə.Tahirlidən 1 kiloqram 230 qram heroin və 1 kiloqram 450 qram tiryək götürülüb.
Geri qayıt