Bakıda gənc qız özünü binadan atıb

Bakıda gənc qız özünü binadan atıb Pirallahı rayonunda intihara cəhd hadisəsi baş verib.

Rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb.

O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.
Geri qayıt