Masallıda 16 yaşlı qızına toy etmək istəyən ata SAXLANILDI

Masallıda 16 yaşlı qızına toy etmək istəyən ata SAXLANILDI Masallı rayonunda 16 yaşlı qıza nişan mərasimi təşkil etmək istəyən ata saxlanılıb.
Hadisə rayonun Sığınacaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri – 16 yaşlı qızla 31 yaşlı kişinin valideynləri onlara bu axşam nişan məclisi təşkil etmək planlaşdırıblar. Daha sonra Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları həmin əraziyə cəlb olunub və 16 yaşlı qızın atası RPŞ-nə gətirilib.
Masallı RPŞ-də həmin şəxslə profilaktik söhbət aparılıb, qanunamüvafiq tədbirlər görülüb.
Geri qayıt