Bakıda rəqqasənin pulunu vermədilər - Polisə şikayət etdi

Bakıda rəqqasənin pulunu vermədilər - Polisə şikayət etdi Bakıda rəqqasə polisə şikayət edərək onu rəqs etməyə dəvət edən iki kişidən pulunu ala bilmədiyini deyib.

Qafqazinfo-ya istinadən xəbər veririk ki, şəhər sakini, 33 yaşlı Sona Heydərova bildirib ki, martın 1-i gecə saat 04 radələrində onu Akademik Həsən Əliyev küçəsində yerləşən çay evlərindən birinə dəvət ediblər.

Orada Yevlax rayon sakinləri – 36 yaşlı Şahlar Musayev və 28 yaşlı Coşqun Məmmədovun istəyi ilə rəqs edib.

S.Heydərova rəqs etdikdən sonra həmin şəxslərin xidmət haqqı olan 750 manat pulu vermədiklərini bildirib.

Müraciətlə bağlı araşdırma aparılır.
Geri qayıt