Məşhur iş adamı saxlanıldı

Məşhur iş adamı saxlanıldı Azərbaycanın interpol xətti ilə axtarışa verdiyi iranlı iş adamı Türkiyədə saxlanılıb.

Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan İran vətəndaşı Fərzad Foroozanmehri İstanbulda saxlanılıb.

Onun yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, bizneslə məşğul olan Fərzad Foroozanmehri Bakıda Azərbaycan vətəndaşı Orxan İsmayılzadənin evini 240 min manata sataraq pulu götürüb və ölkədən qaçıb.

Azərbaycan onu İnterpol vasitəsilə axtarışa verib.
Geri qayıt