"KAT Holding”in direktoru qadını döyüb

"KAT Holding”in direktoru qadını döyüb Bakıda holdinq direktoru tikdikləri binada qadını döyüb.

Martın 11-i saat 17 radələrində Yasamal rayonu, Kənar Dairəvi küçəsi 8-də yerləşən “KAT Holding”ə məxsus yeni inşa olunmuş binada holdinqin icraçı direktoru, 1981-ci il təvəllüdlü Aydın Fikrət oğlu Xəlilov xuliqanlıq zəminində şəhər sakini, 1990-cı il təvəllüdlü Q.V-ni döyüb.

A.Xəlilov da oxşar şikayətlə polisə müraciət edərək qadının onu döydüyünü iddia edib.

Faktla bağlı Yasamal RPİ 28-ci Polis Bölməsində araşdırma aparılır.
Geri qayıt