Bakıda dəhşət - iki qadını möhkəm döyüb, yola atdılar

Bakıda dəhşət - iki qadını möhkəm döyüb, yola atdılar Bakının Nəsimi rayonunda iki qadın möhkəm döyülüb.

Hadisə Dəniz limanı yaxınlığında baş verib.

Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva möhkəm döyülüb, daha sonra yol kənarında düşürülüb. Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır.
Geri qayıt