Bakıda "Mercedes" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda "Mercedes" piyadanı vuraraq ÖLDÜRDÜ Yasamal rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə martın 14-də saat 6 radələrində qeydə alınıb.

Füzuli rayon sakini X.Niftəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Beyləqan rayon sakini P.Səfərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Geri qayıt