Azərbaycanda məktəb direktoru evində ölü tapıldı

Azərbaycanda məktəb direktoru evində ölü tapıldı Xaçmazda yaşayış evində meyiti tapılan şəxsin məktəb direktoru olduğu müəyyənləşib.

Alıcqışlaq kənd orta məktəbinin direktoru, 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

10:06

Xaçmaz rayonunda evdə qadın meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Geri qayıt