"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılan var - FOTO

"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılan var - FOTO Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları Ağcabədi rayonunda əməliyyat keçirib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə əvvəllər məhkum olunmuş Ağcabədi rayonunda yaşayan Qorxmaz Quluzadənin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub. Əməliyyat tədbiri nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat, 1 ədəd “Makarov” markalı tapança, həmin silahlara məxsus ümumilikdə 26 ədəd patron və 2 ədəd sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qorxmaz Quluzadə barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılan var - FOTO
Geri qayıt