Bakıdakı məşhur hoteldə Azərbaycan bayrağına hörmətsizlik - FOTOFAKT

Bakıdakı məşhur hoteldə Azərbaycan bayrağına hörmətsizlik - FOTOFAKT Bakıda dövlət atributumuz olan Azərbaycan bayrağına hörmətsizlik edilib.

Yenisabah.az xəbər verir ki, hadisə Nərimanov rayonu Məmməd Araz 76 küçəsində yerləşən “RAMADA” hotelin qarşısında baş verib.

Görüntülərdən aydın olur ki, asılan bayraq cırıq-cırıq olub və baxımsız vəziyyətdədir.
Hotel rəhbərliyi və işçiləri dövlət atributuna tam məsuliyyətsiz yanaşıb və bayrağın bu şəkildə asılması vətəndaşların narazılığa səbəb olub.

Qeyd edək ki, "Dövlət Bayrağı haqqında" Azərbaycan Respublikasının Qanununda bayraqla davranış qaydaları müəyyən olunub.

Qanunda qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.

Adıçəkilən hotelin mövqeyini işıqlandrmağa hazırıq.
Bakıdakı məşhur hoteldə Azərbaycan bayrağına hörmətsizlik - FOTOFAKT

Geri qayıt