Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb 2021-ci il mart ayının 5-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılmışdır.
Geri qayıt