Azərbaycanda idarə rəisi minaya düşdü

Azərbaycanda idarə rəisi minaya düşdü Ağdam rayonda idarə rəisi minaya düşüb.

Unikal.org-un bölgə müxbirinin verdiyi məlumata görə, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirirlir.
Geri qayıt