20 yaşlı Sevilin intihar faktı ilə bağlı cinayət işi başlanıldı

20 yaşlı Sevilin intihar faktı ilə bağlı cinayət işi başlanıldı Bakıda 20 yaşlı qızın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sevil Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai Rayon prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb:

"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirillir".
Geri qayıt