Azərbaycanda üç uşaq atası özünü öldürdü

Azərbaycanda üç uşaq atası özünü öldürdü Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Amankənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü İsaq Ədalət oğlu Buludov özünü asıb. Onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, İ.Buldov ailəli idi, üç uşağı var.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Geri qayıt