"WhatsApp" yeni funksiyasını test edir

"WhatsApp" yeni funksiyasını test edir "WhatsApp" yeni xüsusiyyət üzərində işləyir. "Google Play Beta" proqramında istifadəçilər üçün təklif olunan funksiya göndərmək istədiyiniz videonun səsini silməyə imkan verir.

Yenilik Android platformasında beta istifadəçiləri üçün paylaşılıb və videonu paylaşmazdan əvvəl səssizləşdirməyə imkan verir. İstifadə qaydaları isə çox asandır. Yenilik nəticəsində artıq istifadəçilər arxa plan səslərinə görə göndərmədikləri videoları paylaşa biləcəklər.

Səssiz Video xüsusiyyətini tədricən tətbiq edən "WhatsApp" onu bir neçə günə bütün beta istifadəçilərinə çatdırmağı planlaşdırıb.
Geri qayıt