Bakıda restorandan 40 minlik seyf oğurlandı

Bakıda restorandan 40 minlik seyf oğurlandı Bakıda yerləşən restoranlardan birindən içərisində təxminən 40 min manat olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinə istinadən verdiyimiz xəbərə görə, mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar.

Geri qayıt