Polis qanunsuz silah-sursat saxlayanlara qarşı əməliyyatlar keçirib

Polis qanunsuz silah-sursat saxlayanlara qarşı əməliyyatlar keçirib Daxili İşlər Orqanları tərəfindən qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə şəhəri Nizami Rayon Poli İdarəsinin (RPİ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini A.Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-8” markalı nömrəsi silinmiş tüfəng və 50 ədəd patron aşkar edilərək götürülüb.

Kəpəz RPİ əməkdaşları da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyevdən “Makarov” markalı nömrəsi silinmiş tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürüblər.

Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şəfəq qəsəbə sakini N.Cabbarlıdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.

İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Mücühəftəran kənd sakini E.Piriyevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.
Geri qayıt