Masallı xəstəxanasının baş həkimi və baş mühasibi saxlanıldı

Masallı xəstəxanasının baş həkimi və baş mühasibi saxlanıldı Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.
Geri qayıt