Qusarda silahlı sərhəd pozucusu polisə atəş açdı, öldürüldü

Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.