Şəki sakinində narkotik vasitə aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nurəliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkarlanıb. Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman isə həyətyanı sahədə yerləşən yarım tikilidən 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.