Azərbaycanda QƏZA: Ata öldü, oğlu xəstəxanaya yerləşdirildi

Azərbaycanda QƏZA: Ata öldü, oğlu xəstəxanaya yerləşdirildi Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 21-i saat 9 radələrində rayonun Nəcəfqulubəyli kəndi ərazisində Kürdəmir rayon sakini Şaiq Zərbəliyevin idarə etdiyi “Nissan” və Sumqayıt şəhər sakini H.İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Zərbəliyev hadisə yerində ölüb, sərnişini olan oğlu və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Geri qayıt