Bakıda modul tipli xəstəxanalarda kütləvi zəhərlənmə - İDDİA

Bakıda modul tipli xəstəxanalarda kütləvi zəhərlənmə - İDDİA Paytaxtda yerləşən modul tipli xəstəxanalarda kütləvi zəhərlənmənin baş verdiyi bildirilir.

“MediaPost”un əldə etdiyi məlumata görə, zəhərlənənlər bu xəstəxanalarda müalicə alan xəstələr və işçilərdir.

Kütləvi zəhərlənmənin hansı səbəbdən baş verməsi məlum deyil.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxışova “MediaPost”a açıqlamasında sözügedən iddiaların araşdırılacağını söyləyib.
Geri qayıt