Ermənilər Tərtərdə qəbirstanlığı atəşə tutdu, 65 məzar tam dağıldı

Ermənilər Tərtərdə qəbirstanlığı atəşə tutdu, 65 məzar tam dağıldı Ermənistan silahlı qüvvələri Tərtər rayonun yenidən atəşə tutub. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, rayonun Səhləbad kənd qəbirstanlığ artilleriya atəşinə tutulub. Hadisə nəticəsində qəbirstanlıqda olan 65 qəbir tam dağılıb, 100-dən çox məzara isə ziyan dəyib. Qəbirstanlıq ərazisinə 20-dən çox top və qrad mərmisi düşüb.
Geri qayıt