Axtarışda olan 20 nəfər saxlanılıb

Axtarışda olan 20 nəfər saxlanılıb Respublikanın daxili işlər orqanları gün ərzində törədilmiş 46 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyinə istinadla xəbər veririk ki, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 5 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.
Geri qayıt