Cəbhədə 31 mülki vətəndaşımız həlak oldu - 154-ü yaralandı

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 154 nəfər yaralanıb.
Bundan başqa, 133 mülki obyekt və 928 yaşayış evi yarasız hala düşüb.