Qaxda 2 ton narkotik vasitə məhv EDİLDİ

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ümumi çəkisi 2 ton olan 9 090 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.