Bakıda "Mercedes" nənə və nəvəni vurdu

Bakıda "Mercedes" nənə və nəvəni vurdu Daxili İşlər Nazirliyi Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirlinini mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C. Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub. Nəticədə X. Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

Geri qayıt