Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb

Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin müxtəlif vaxtlarında şəhər ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Rasim Quliyev 2019-cu ilin aprel ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində televizor oğurlayıb. Bundan başqa Gəncə şəhər xəstəxanaların birindən 1000 manat dəyərində kompyuter, 350 manat dəyərində printer və 1790 manat dəyərində müxtəlif dərman preparatlarını oğurlayıb. Daha sonra o, ötən ilin mayın 7-də şəhər ərazisindəki mənzillərin birindən 2300 manat dəyərində 2 ədəd televizor oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Quliyevin 2019-cu ilin iyun ayında daha bir şəhər sakininə məxsus mənzilə daxil olaraq oradan 400 manat dəyərində 1 ədəd televizor oğurlaması da aşkar edilib.

R. Quliyev maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırma aparılır.
Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb

Geri qayıt